Azərbaycanla Ermənistan növbəti görüşün tarixi və yerini müəyyən etmək barədə razılığa gəlib.
BUTA.TV xəbər verir ki, bu barədə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının Katibliyi məlumat yayıb.
Qeyd olunub ki, bu gün Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistanın Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi ilə Azərbaycanla Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistanla Azərbaycan arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiya çərçivəsində videokonfrans formatında işçi görüş keçirilib.
Görüşdə tərəflər delimitasiya işlərinin həyata keçirilməsi üçün tələb olunan təlimat layihələrini müzakirə edib, həmçinin komissiyaların növbəti əyani görüşünün təşkili ilə bağlı məsələlər üzrə fikir mübadiləsi aparıblar.
Tərəflər növbəti görüşün tarixini və yerini işçi qaydada müəyyən etmək barədə razılığa gəliblər.
- Erməni Bella Bakıya təhvil verilir? – Lapşin ifşa oldu
- Vensin çıxışı Avropanı şoka saldı: Putinlə müqayisə…
- Leyla Əliyeva babasını bu sözlərlə təbrik etdi
- Paşinyan Sinirlioğlu ilə görüşdü, Bakı ilə əlaqələrdən danışdı
- Vens Münhendə Avropa elitasını bu çıxışla darmadağın etdi
- Azərbaycan-Somali əlaqələri intensivləşir - Deputat
- Ermənistan Zəngəzur dəhlizini açmağa hazırdır - Erməni KİV
- Trampın Rusiya və Çinə sensasion tələbi