Bakı şəhəri 210 nömrəli tam orta məktəbdə oxuyan şagirdə üzərində bir oyunun loqosu əks olunan və mobil nömrə yazılan kağızlar verilib.
“BUTA.TV” xəbər verir ki, bu iddia ilə Nurlan Mirəli adlı vətəndaş feysbuk hesabında paylaşım edib.
“Bu gün 5-ci sinifdə oxuyan qızıma və onun sinif yoldaşlarına, böyük siniflərdən iki qız uşağı yaxınlaşaraq belə bir vərəq veriblər. Vərəqin bir üzünə mobil nömrə qoyulub, digər üzündə isə bir oyunun loqosu əks olunub. Və rusca “mənə yaz” sözləri yazılıb. Bu oyunu quql üzərində araşdırdım, dünyada geniş yayılıb və uşaqlar arasında intihar edənlər belə olub. Nömrəyə bir neçə dəfə zəng vurduq, səsimizi eşidib söndürürlər”.
Məsələ ilə bağlı DİN-in Mətbuat Xidmətinin əməkdaşı Elburus İbrahimov “BUTA.TV”nun sorğusuna cavab olaraq bildirib ki, məktəbliyə verilən naməlum qrafalı vərəqəni polis araşdırır:
“Sosial şəbəkələrdə yayılan naməlum qrafalı kağızlardan məlumatlıyıq. Bununla bağlı aidiyyəti üzrə araşdırma aparılır. Araşdırmalarla vərəqdə əks olunan ifadələrin mahiyyəti aydın olacaq”.


- Rusiya atəşkəsə razı olmayacaq - Mixaylovdan sensasion baxış
- Ermənistan bu məqsədlə hərbi təxribat törədə bilər
- Kişinyovda Bakıya qarşı təxribat - Rəsmən üzr istənildi
- Tramp Ukraynaya hərbi yardımı bərpa etdi - Təcili
- Kremldən Bakıya ardıcıl jestlər: Nə baş verir?
- İtkin azərbaycanlılarla bağlı əməkdaşlığa hazırıq - BMT rəsmisi
- Mişa nümunəsi: Zelenski özünü Ukraynaya qurban verməsə…
- Ermənistan Azərbaycanla yeni müharibəyə hazırlaşır - KİV