Ermənistan prezidentinin milli təhlükəsizlik üzrə baş məsləhətçisinin keçmiş köməkçisi, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin keçmiş müşaviri olan Vladimir Poqasyan uzun illərdir ki, Amerika Birləşmiş Ştatlarında yaşayan politoloq Ramiz Yunusu ölümlə hədələyib.
BUTA.TV xəbər verir ki, bu barədə o, Teleqram kanalında yazıb.
Poqasyanı hiddətləndirən isə Ramiz Yunusun “şadam ki, Zori Balayan ölməyib və Bakıda keçirilən məhkəməni görüb, sonra gəbərsin” sözləri olub.
Bu sözlərə etiraz edən Poqasyan Ramiz Yunusa ehtiyatlı davranmağı tövsiyə edib. Hətta Ramiz kimi danışan birinin partladılmasını yazmaqdan çəkinməyib. Lakin söhbətin kimdən getdiyini qeyd etməyib:
“Bu çaqqala cavab verəcəm. Özün gəbərəcəksən. Sənin kimi birisi var idi, burda - nə bilim nə etmək istəyirdi - artıq partladıllb. Sizi dünyanın hər yerində taparıq. Ayaqlarınızın, çarpayının, maşının altına diqqətlə baxın. Vaxt gələcək ki, siz çaqqalları məhkəmə yox, bizim əsgərimiz yerindəcə mühakimə edəcək”.
- “Qumar kralı” Yusif həbs edildi
- AZAL bütün prosedurlara riayət edib - Hesabat
- Paşinyan ABŞ-da Bakının qara siyahısında olanla görüşdü
- Ermənistan Naxçıvan istiqamətində bunkerlər tikir - Foto
- İlkin hesabat yayıldı: Rusiya mediasını yenə “oynadı”
- Rusiyanın yalanı üzə çıxdı - 8 dəqiqə sonra olubmuş
- Pezeşkian Şəhriyardan paylaşım etdi, etirazla qarşılaşdı
- İmişlidə ata oğlu üçün qız qaçırdı - Saxlanıldı