Türkiyə Prezidenti Ərdoğan bildirmişdi ki, Zəngəzur dəhlizində yeganə maneə İrandır.
BUTA.TV xəbər verir ki, bu sözləri yerli mediaya geniş müsahibəsində erməni ekspert Sergey Melkonyan deyib.
“Bəli, Suriyadan sonra İranın mövqelərinin zəiflədiyi göz qabağındadır, lakin bizim üçün İranla sərhədimizin İran ordusu tərəfindən mühafizə olunması vacibdir. Beynəlxalq konsensus əldə olunana qədər dəhliz məsələsi hələ də gözlənilmir”, - o bildirib.
Melkonyan iddia edib ki, Ermənistanın maraqları Yaxın Şərqdə təkcə İranla üst-üstə düşmür:
“İrandan başqa, Misir, İordaniya və Birləşmiş Ərəb Əmirlikləri də Zəngəzur dəhlizinin açılmasında maraqlı deyil. Bu ölkələr “türk siyasi islamı”nı əhlükə gördükləri üçün Türkiyənin önünü almağa çalışırlar. Yəni Yaxın Şərqdə bizi dəstəkləyə biləcək 3 ölkə də var. Bəs Ermənistanda siyasi qərar qəbul edənlər adları çəkilən ölkələrin qarşılıqlı maraqlarını birləşdirərək, yardımı qəbul etməyə hazırdırmı? Əmin deyiləm, çünki bu, Türkiyəyə qarşı çıxmaq demək olardı”.
- Dünyanın ən varlı 65-ci adamı azərbaycanlıdır
- Amnistiya aktı nə qədər insana şamil olunub?
- Ara məsafəsi saxlamadılar, qəza oldu - Anbaan video
- Azərbaycanlı şagird 82 min dollar təqaüd alacaq
- “Kahı” yükündən 80 kq marixuana çıxdı - FOTO
- Prezident təsdiq etdi: Kimlərin maaşı artacaq?
- Sabiq deputat Türkiyədə vəfat etdi - Foto
- Yeni BAHALAŞMA gəlir: Nə olacaq?