Rusiya ordusunun 78-ci motoatıcı alayının (Sever-Axmat) döyüşçüləri 3-cü ümumqoşun ordusunun 4-cü briqadası ilə birgə Ukrayna əsirliyində olan Sabir Hacıyevi Çasov Yar istiqamətində azad edib.
BUTA.TV xəbər verir ki, bunu Çeçenistan rəhbəri Ramzan Kadırov özünün Teleqram kanalında yazıb.
“Sabir milliyətcə azərbaycanlıdır və o, döyüşlər zamanı yaralanaraq əsir düşüb. Onun olduğu yerlə bağlı məlumat kəşfiyyatdan daxil olub. Sabirin dediyinə görə, döyüşçülərimizi ləhcəsindən tanıyıb. Daha sonra döyüşçülər Ukrayna ordusunun mövqelərinə hücum edib və onu azad ediblər. Sabir təcili olaraq təhlükəsiz zonaya çatdırılıb və ona tibbi yardım göstərilib. Hazırda onun həyatına heç bir təhlükə yoxdur”, - Kadırov bildirib.
- Sabahın hava proqnozu açıqlandı
- Bakıda bu ərazilərdə işıq olmayacaq
- Bakıda prokurorluq əməkdaşı əməliyyatdan sonra öldü
- "Hər işdə birinci qadınlar"
- Elşad Abdullayevin milyonluq əmlakları müsadirə olundu
- Parlamentlərarası əlaqələr üzrə yeni İşçi qrupları formalaşdırıldı
- Metroda qatarda texniki nasazlıq: hərəkət ləngidi
- ADSEA ASAN xidmət indeksi üzrə 2-ci yerə layiq görüldü