Ermənistan və Azərbaycanın ən qısa müddətdə sülh sazişi imzalamaq üçün real şansları var.
BUTA.TV xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan Lüksemburq Böyük Hersoqluğunun baş nazirinin müavini, xarici işlər, əməkdaşlıq və xarici ticarət naziri Ksavye Bettellə birgə mətbuat konfransında bildirib.
Nazirin sözlərinə görə, Bakı və İrəvan sülh sazişinin 16 maddəsindən 13-nü tam, qalan 3-nü isə qismən razılaşdırıb:
“Ermənistan Azərbaycana onuncu təkliflər paketini təqdim edib”.
"Hesab edirik ki, qısa müddətdə sülh sazişi imzalamaq və Cənubi Qafqazda uzunmüddətli sabitlik səhifəsini açmaq üçün real imkan var", - o qeyd edib.
- Hakan Fidan bu fotonu şərh etdi: Qardaşdan da yaxın...
- İran ABŞ-la danışıqlardan imtina etdi - Təcili
- Bakı və İrəvan sülh sazişini Ankarada imzalayacaq?
- 98,3 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olundu
- DİM-dən buraxılış imtahanı ilə bağlı müraciət
- “AtaSığorta” ləğv edilir: Vətəndaş hansı şirkətə müraciət etsin?
- Bakıda ağır qəza: ölən var
- "Azərpoçt"un rəhbəri işdən çıxdı