Cəmiyyətdə çox sayda kifayət qədər hay-küylü müzakirə var, amma bunun içərisində elmi məsələ çox azdır.
BUTA.TV xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev sentyabrın 9-da Bakıda keçirilən xaricdə yaşayan azərbaycanlı alimlərin forumunda çıxışı zamanı deyib.
Nazirin sözlərinə görə, cəmiyyətdə aparılan müzakirələrdə elmi məsələlərə çox az toxunulur:
"Hay-küydən elmə gedən yolda nümunələr istəyirik. Doğru elmlə məşğul olan alimlərin adını ancaq jurnallarda görürük. Hərdən həmin alimlərə sual verirəm ki, niyə sosial şəbəkələrdə aktiv deyilsiniz?
Bildirirdilər ki, vaxt yoxdur. Xaricdə yaşayan azərbaycanlı alimlərin Azərbaycanda olan dövrdə məktəblərə gedib şagirdlərlə söhbət etməsinin böyük faydası ola bilər.
Hesab edirəm ki, qısa müddətli mühazirələrlə yaxşı nəticə əldə etmək olmaz. Elmi əməkdaşlıq da çox mühümdür. Gənc doktorantların bir və ya iki illik xaricdə yaşayan azərbaycanlı alimlərin çalışdıqları laboratoriyalarda tədqiqatlara cəlb olunmasında fayda var".
- Hakan Fidan bu fotonu şərh etdi: Qardaşdan da yaxın...
- İran ABŞ-la danışıqlardan imtina etdi - Təcili
- Bakı və İrəvan sülh sazişini Ankarada imzalayacaq?
- 98,3 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olundu
- DİM-dən buraxılış imtahanı ilə bağlı müraciət
- “AtaSığorta” ləğv edilir: Vətəndaş hansı şirkətə müraciət etsin?
- Bakıda ağır qəza: ölən var
- "Azərpoçt"un rəhbəri işdən çıxdı