Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti əsasən yağmursuz olacaq.
Milli Hidrometeorologiya Xidmətindən BUTA.TV-a verilən məlumata görə, gecə və səhər bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 18-22° isti, gündüz 27-32° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 50-55 % olacaq.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli leysan xarakterli az yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim şərq küləyi bəzi şərq rayonlarında arabir güclənəcək.
Havanın temperaturu gecə 15-20° isti, gündüz 30-35° isti, dağlarda gecə 8-13° isti, gündüz 13-18° isti olacaq.
- Hakan Fidan bu fotonu şərh etdi: Qardaşdan da yaxın...
- İran ABŞ-la danışıqlardan imtina etdi - Təcili
- Bakı və İrəvan sülh sazişini Ankarada imzalayacaq?
- 98,3 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olundu
- DİM-dən buraxılış imtahanı ilə bağlı müraciət
- “AtaSığorta” ləğv edilir: Vətəndaş hansı şirkətə müraciət etsin?
- Bakıda ağır qəza: ölən var
- "Azərpoçt"un rəhbəri işdən çıxdı