2022-ci ilin payızında Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı nüvə silahından istifadə edə biləcəyinə dair real risk var idi.
BUTA.TV xəbər verir ki, bunu ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns deyib.
"2022-ci ilin payızında taktiki nüvə silahlarının mümkün istifadəsi ilə bağlı real riskin olduğu bir an var idi",- o bildirib.
Börns əlavə edib ki, 2022-ci ilin sonunda o, Türkiyədə Rusiya kəşfiyyatının rəhbəri Narışkinlə görüş keçirib və orada rusiyalı rəsmi mümkün nüvə zərbəsinin nəticələri ilə hədələyib.
O, eskalasiya risklərini nəzərdən qaçırmamağa, eyni zamanda Kremli kimisə qorxutmasına imkan verməməyə çağırıb:
"Putin quldurdur. O, silahları ilə səs-küy yaratmağa davam edəcək".
- Hakan Fidan bu fotonu şərh etdi: Qardaşdan da yaxın...
- İran ABŞ-la danışıqlardan imtina etdi - Təcili
- Bakı və İrəvan sülh sazişini Ankarada imzalayacaq?
- 98,3 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olundu
- DİM-dən buraxılış imtahanı ilə bağlı müraciət
- “AtaSığorta” ləğv edilir: Vətəndaş hansı şirkətə müraciət etsin?
- Bakıda ağır qəza: ölən var
- "Azərpoçt"un rəhbəri işdən çıxdı