Slovakiyanı əks-hücumlarda yaxalamaq istəyirdik.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş Slovakiya yığmasına qarşı keçirdikləri Millətlər Liqasının oyunundan sonra baş tutan mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis 0:2 hesablı məğlubiyyət barədə danışıb:
"Rəqib komandanı qələbə münasibəti ilə təbrik edirəm. Yaxşı nəticə qazanmaq üçün əlimizdən gələni etdik. Oyun ərzində topu çox itirirdik. Slovakiyanı əks-hücumlarda yaxalamaq istəyirdik. Rəqib yığma çox pressinq edirdi. İntensiv oyun göstərə bilməməyimiz problemlərimizdən biridir. Yaxşı müdafiə oluna, hücumlar yarada bilərik. Lakin bunun üçün çox çalışmaq lazımdır".
Qeyd edək ki, Azərbaycan millisi C Liqasının I qrupunun ilk görüşündə İsveçə 1:3 hesabı ilə uduzmuşdu.
- Hakan Fidan bu fotonu şərh etdi: Qardaşdan da yaxın...
- İran ABŞ-la danışıqlardan imtina etdi - Təcili
- Bakı və İrəvan sülh sazişini Ankarada imzalayacaq?
- 98,3 min şəxs aktiv məşğulluq tədbirləri ilə əhatə olundu
- DİM-dən buraxılış imtahanı ilə bağlı müraciət
- “AtaSığorta” ləğv edilir: Vətəndaş hansı şirkətə müraciət etsin?
- Bakıda ağır qəza: ölən var
- "Azərpoçt"un rəhbəri işdən çıxdı