Meksikanın Nuevo-Leon ştatındakı San-Pedro-Qarsa-Qarsiya şəhərində Vətəndaş Hərəkatı Partiyasından prezidentliyə namizəd Xorxe Alvares Maynesin çıxışı zamanı səhnə çöküb.
BUTA.TV xəbər verir ki, bu barədə Meksika mətbuatı məlumat yayıb.
Məlumata görə, güclü külək nəticəsində partiyanın loqosunun əks olunduğu böyük ekran aşıb.
Hadisə nəticəsində 9 nəfər nəfər ölüb, 80 nəfər yaralanıb. Maynesin özü də hadisə nəticəsində xəsarətlər alıb. Prezidentliyə namizəd X səhifəsində San-Xose şəhərindəki xəstəxanaya yerləşdirildiyini yazıb.
Əlverişsiz hava şəraiti səbəbindən mayın 24-də keçirilməsi planlaşdırılna seçkiqabağı tədbirlər təxirə salınıb. Maynes yaralılara yardım etmək üçün Nuevo-Leonedə qalacağını bildirib.
Qeyd edək ki, Meksikada prezident seçkiləri iyunda keçiriləcək.
- Azərbaycanda 68 şəhərin baş planı təsdiqləndi
- Əmək haqqı sistemi üzrə yeni islahatlar planlaşdırılır
- Türkiyədə Azərbaycan nömrəli yük avtomobili kül oldu - Foto
- Kürdəmirdə yanğın: ev sahibi yanaraq öldü
- Bu ərazilərə qar yağır
- Bakıda gənc oğlan və qız dəm qazından zəhərləndi, biri öldü
- Sara Əzimovaya yeni vəzifə verildi
- Perinatal Mərkəzdə yanğın: Prokuror onlara cəza istədi