Ukrayna Prezidenti Vladimir Zelenski iyun ayında müttəfiq qoşunlarının Normandiyaya enməsi şərəfinə Fransada keçirilən tədbirlərdə, daha sonra İtaliyada G7 toplantısında iştirak etmək niyyətindədir.
BUTA.TV xəbər verir ki, bu barədə “Politiko” nəşri mənbələrə istinadla məlumat yayıb.
“Mənbələr bildirir ki, Ukrayna prezidentinin iş qrafiki həmişə dəyişə bilər. Amma hər şey plana uyğun getsə, Zelenski səfərdən istifadə edərək Qərbdən daha çox hərbi dəstək istəyəcək və İran İsrailə hücum edəndə ABŞ və Böyük Britaniyanın etdiyi kimi, NATO-dan Rusiya raketlərini vurmağı xahiş edəcək. Zelenski həmçinin ABŞ və Avropa ölkələrini Ukraynanın müdafiəsi və yenidən qurulmasını maliyyələşdirmək üçün Rusiyanın aktivlərini ələ keçirməyə çağıracaq”, - nəşr bildirib.
- Azərbaycanda 68 şəhərin baş planı təsdiqləndi
- Əmək haqqı sistemi üzrə yeni islahatlar planlaşdırılır
- Türkiyədə Azərbaycan nömrəli yük avtomobili kül oldu - Foto
- Kürdəmirdə yanğın: ev sahibi yanaraq öldü
- Bu ərazilərə qar yağır
- Bakıda gənc oğlan və qız dəm qazından zəhərləndi, biri öldü
- Sara Əzimovaya yeni vəzifə verildi
- Perinatal Mərkəzdə yanğın: Prokuror onlara cəza istədi