BMT Baş katibi, bir sıra digər beynəlxalq təşkilatlar və hökumətlər Ermənistan və Azərbaycan arasında birbaşa aparılan danışıqlar nəticəsində əldə olunan son irəliləyişi alqışlayır.
BUTA.TV xəbər verir ki, bunu Azərbaycanın BMT yaninda Daimi nümayəndəsi Yaşar Əliyev təhlükəsizlik Təhlükəsizlik Şurasının açıq iclasında çıxışı zamanı deyib.
"2020-ci ilin payızından regionumuzda baş verən hadisələr Ermənistanın Azərbaycan ərazilərinin 30 illik işğalının başa çatması və regionda davamlı sülh və sabitliyin bərpa olunması ilə Bəşmiş Millətlər Təşkilatının, beynəlxalq humanitar və insan hüquqları hüququ və bu şura tərəfindən 1993-cü ildə qəbul edilmiş müvafiq qətnamələrinə tam uyğun olaraq ölkəmin suverenliyinin və ərazi bütövlüyünün bərpası ilə yekunlaşıb. Azərbaycan və Ermənistan arasında bir-birinin suverenliyi və ərazi bütövlüyünə qarşılıqlı hörmət əsasında münasibətlərin normallaşdırılması istiqamətində davam edən səylər regionda çoxdan gözlənilən davamlı və qalıcı sülh və sabitliyə ümid yaradır", - diplomat qeyd edib.
- Azərbaycanda 68 şəhərin baş planı təsdiqləndi
- Əmək haqqı sistemi üzrə yeni islahatlar planlaşdırılır
- Türkiyədə Azərbaycan nömrəli yük avtomobili kül oldu - Foto
- Kürdəmirdə yanğın: ev sahibi yanaraq öldü
- Bu ərazilərə qar yağır
- Bakıda gənc oğlan və qız dəm qazından zəhərləndi, biri öldü
- Sara Əzimovaya yeni vəzifə verildi
- Perinatal Mərkəzdə yanğın: Prokuror onlara cəza istədi