Azərbaycan Ordusunun mühəndis-istehkam bölmələrinin bir qrup hərbi qulluqçusu Türkiyə Respublikasının İzmir şəhərində keçirilən kursda iştirak edir.
Bu barədə BUTA.TV-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, müasir mühəndis avadanlıqlarının xüsusiyyətlərini öyrənən istehkamçılar ərazinin kəşfi, minaaxtaranlar vasitəsilə minaların, partlamamış döyüş sursatlarının aşkar edilərək zərərsizləşdirilməsi, xüsusilə kustar üsullarla hazırlanmış partlayıcıların təhlükəsizlik tədbirləri nəzərə alınmaqla partlatma və yandırma üsulları, eləcə də digər fəaliyyətlər üzrə praktiki vərdişlərini artırırlar.
Kursun keçirilməsində başlıca məqsəd mühəndis təminatını yerinə yetirən hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin və döyüşə hazırolma vərdişlərinin, eləcə də müasir mühəndis texnikası və avadanlıqlarından effektiv istifadə etmə üzrə bacarıqlarının təkmilləşdirilməsidir.
"Temu", "Trendyol" var deyə artıq alver ölüb - Məşhur ticarət mərkəzi bağlanır?
- Aprelin son günü hava necə olacaq?
- “Prezident Kuboku 2026” reqatasının açılış mərasimi...
- Əməliyyat: saxlanılanlar arasında qadınlar da var - Video
- Xocalının 4 kəndinə növbəti köç karvanı yola salındı
- Sahibkarlar İlham Əliyevə müraciət etdi
- ABB 230 000 000 dollarlıq yeni sindikativ kredit cəlb etdi!
- Azərbaycanda 68 şəhərin baş planı təsdiqləndi
- Əmək haqqı sistemi üzrə yeni islahatlar planlaşdırılır