Tovuz rayonunun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanın qətlində təqsirli bilinən İlkin Süleymanovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
BUTA.TV Teleqraf.com-a istinadən xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsində hakim Rafiq Cəfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin vəkillərinin vəsatətləri əsasında əlavə şahidlər də məhkəmədə ifadə verib.
Vəkillər çıxışlarında İlkin Süleymanovun cinayətlə əlaqəsinin olmadığını deyərək, bəraət qərarı çıxarılmasını xahiş ediblər. Mərhum Nərminin atası isə İlkini günahkar hesab edir. Bu səbəbdən hökmdən o da apellyasiya şikayəti verib.
Şərif Quliyev qızının qətlinə görə İlkin Süleymanovun ömürlük məhkum edilməsini istəyib. O, məhkəmədə ifadəsində müdafiə tərəfinin əksər suallarına cavab verməkdən yayınıb. Müdafiə tərəfi hüquqi varisin hərəkətinə, həmçinin məhkəməyə etiraz edib. Bundan sonra vəkillər əlavə nə isə deməyə ehtiyac görməyiblər.
"Temu", "Trendyol" var deyə artıq alver ölüb - Məşhur ticarət mərkəzi bağlanır?
Prokuror çıxış edərək həm İlkin Süleymanov həm Şərif Quliyevin şikayətinin təmin edilməməsini, Gəncə Ağır Cinayətlər Məhkəməsinin 18 il azadlıqdan məhrum etmə cəzasının eynən qüvvədə saxlanılmasını tələb edib.
Proses iyunun 10-da davam edəcək.
- Xocalının 4 kəndinə növbəti köç karvanı yola salındı
- Sahibkarlar İlham Əliyevə müraciət etdi
- ABB 230 000 000 dollarlıq yeni sindikativ kredit cəlb etdi!
- Azərbaycanda 68 şəhərin baş planı təsdiqləndi
- Əmək haqqı sistemi üzrə yeni islahatlar planlaşdırılır
- Türkiyədə Azərbaycan nömrəli yük avtomobili kül oldu - Foto
- Kürdəmirdə yanğın: ev sahibi yanaraq öldü
- Bu ərazilərə qar yağır