Ölkənin ən böyük özəl telekommunikasiya şirkəti Bakcell, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin (MTK) şagirdləri ilə dinamik panel müzakirəsi keçirib.
"Təhsildə innovasiya və süni intellektin rolu" adlı paneldə Bakcell-in Baş İcraçı Direktoru Klaus Müller, MTK-nın Baş İcraçı Direktoru Aygün Mikayılova və məktəbin şagirdləri iştirak edib. Tədbirin mövzusuna uyğun olaraq, müasir təhsildə innovasiya və yüksək texnologiyaların rolu barədə maraqlı mövzular haqqında danışılıb.
“Bu gün burada Azərbaycanın savadlı gəncləri ilə bir araya gəlməkdən çox zövq aldım. İnnovasiyaları təmsil edən bir şirkət kimi texnologiyaya maraq göstərən, gələcək yönümlü şagirdləri görmək bizi sevindirir. Bizim gənclərlə bir çox ortaq cəhətimiz var: bunlardan ən önəmlisi isə innovasiyaya sadiqliyimizdir”, - Klaus Müller bildirib.
"Biz şagirdlərimizin akademik potensiallarını inkişaf etdirməklə yanaşı, onların digər sahələrdə də istedadlarının aşkar edilməsi üçün çalışırıq. İnnovasiya yönümlü şagirdlərimizin ən son texnoloji yenilikləri Bakcell kimi şirkətdən əldə edə bilmələri bizim üçün böyük uğurdur. Bugünkü maraqlı panel müzakirəsinə görə məktəbimiz adından Bakcell rəhbərliyinə təşəkkürümüzü bildirirəm”, - Aygün Mikayılova bildirib.
"Temu", "Trendyol" var deyə artıq alver ölüb - Məşhur ticarət mərkəzi bağlanır?
Şagirdlərlə görüşdə Bakcell-in süni intellekt dəstəkli humanoid robotu Ardi də iştirak edib. Sual-cavab sessiyası ilə davam edən panel müzakirəsində şagirdlər Bakcell-in rəhbər heyəti və Ardiyə öz suallarını yönləndirərək, yeni texnologiyaların, süni intellektin təhsilə tətbiqini müzakirə ediblər.
Sonda şirkətin rəhbər heyəti məktəbin STEAM laboratoriyasına baş çəkib. Şagirdlərin qabaqcıl texnologiyalardan istifadə edərək hazırladıqları layihələri və laboratoriyanın dövrün tələblərinə uyğun təmin olunması Bakcell rəhbərliyinin diqqətini çəkib.
- Bakıda 61 milyonluq təmir işləri həyata keçiriləcək
- Xalıq Rəhmanova yüksək vəzifə verildi
- 30 illik baş həkimin xəstəxanasında reagent yoxdur
- Əsgərlikdən məzuniyyətə gələn gənc 10 yaşlı oğlanı öldürdü
- Bu xəstəxananın mərhələli şəkildə köçürülməsinə başlanıldı
- Qayınanasının qızıllarını oğurlayıb, özünə nişan etdi
- Eminin şirkəti bu rayonlarda yaşayış məhəlləsi tikəcək
- Aprelin son günü hava necə olacaq?