Şirvan şəhərində bəzi attraksionların istismarı dayandırılıb.
Bu barədə BUTA.TV-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.
Qeyd olunub ki, FHN-in Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin müfəttişləri Şirvan şəhərində yerləşən “Füzuli parkı”nın ərazisində fəaliyyət göstərən fərdi sahibkar Sənan Amil oğlu Səfərova məxsus attraksionlarda plan üzrə yoxlama aparıb.
Yoxlama zamanı attraksionlarda insan həyatı və sağlamlığı üçün təhlükə yarada biləcək pozuntular aşkarlanıb.
"Temu", "Trendyol" var deyə artıq alver ölüb - Məşhur ticarət mərkəzi bağlanır?
Parkın ərazisində fəaliyyət göstərən 10 ədəd attraksionun rəsmi istismara qəbul sənədləri olmadan istifadə edildiyi, torpaqlanma müqavimətinin və yumşaq qidalandırıcı naqillərin izolyasiyalarının müqavimətlərinin ölçülməsinin aparılmadığı, dövri texniki müayinədən keçirilmədiyi müəyyən edilib.
Aşkar olunan nöqsanların dərhal aradan qaldırılmasının mümkün olmadığı, eləcə də insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükə nəzərə alınaraq, attraksionların istismarı Agentliyin əməkdaşları tərəfindən dayandırılıb və pozuntuların aradan qaldırılması üçün tərtib olunmuş aktın bir nüsxəsi sahibkara təqdim edilib.
- AZAL-ın gənc pilotları təlimdə iştirak üçün Avropaya yollandı
- Uçan taksilər: 2 saatlıq yolu 10 dəqiqəyə gedir
- FHN Akademiyasında praktiki-maarifləndirici tədbir keçirildi
- Şahin Bağırovdan “Temu” ilə bağlı açıqlama
- Ağsuda "Isuzu" qəzaya uğradı, sürücü belə xilas edildi - Video
- Bacarıqlar Sammiti: ikitərəfli görüşlər keçirildi
- Komitə sədri gömrükdə sahibsiz qalan mallardan danışdı
- Bakıda bu məhsul 35% bahalaşdı – Səbəb