Türkiyə xarici işlər naziri Hakan Fidan və İran xarici işlər naziri vəzifəsini icra edən Əli Bagiri arasında telefon danışığı baş tutub.
BUTA.TV Türkiyə mediasına istinadən xəbər verir ki, H.Fidan İran prezidenti İbrahim Rəisi və XİN rəhbəri Hüseyn Əmir Abdullahianın ölümünə dərindən kədərləndiyini bildirib, dost və qardaş İran xalqına başsağlığı verib.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisi, xarici işlər naziri Hüseyn Əmir Abdullahian, Təbrizin imam cüməsi Ayətullah Əli Al-Haşim, Şərqi Azərbaycan vilayətinin valisi Malik Rəhməti 19 mayda Şərqi Azərbaycan vilayətində baş verən helikopter qəzasında həlak olub.
- İlham Əliyev fərman imzaladı
- AZAL-ın gənc pilotları təlimdə iştirak üçün Avropaya yollandı
- Uçan taksilər: 2 saatlıq yolu 10 dəqiqəyə gedir
- FHN Akademiyasında praktiki-maarifləndirici tədbir keçirildi
- Şahin Bağırovdan “Temu” ilə bağlı açıqlama
- Ağsuda "Isuzu" qəzaya uğradı, sürücü belə xilas edildi - Video
- Bacarıqlar Sammiti: ikitərəfli görüşlər keçirildi
- Komitə sədri gömrükdə sahibsiz qalan mallardan danışdı