Çox vaxt ərzaq qıtlığına özümüz səbəb oluruq.
BUTA.TV xəbər verir ki, bu sözləri Xankəndidən olan qadın erməni mediasına açıqlamasında deyib.
O bildirib ki, heç bir səbəb olmadan, “ehtiyat üçün” külli miqdarda ərzaq alınır və nəticədə çatışmazlıq yaranır. Hətta ehtiyacdan artıq çörək alınması çörək qıtlığına gətirib çıxarır.
“Axşam qəmli yatırıq, səhər kədərli oyanırıq, başımıza nə gələcəyini bilmirik. Sülh istəyirik”, - o bildirib.
Qeyd edək ki, yayımlanan süjetdə Xankəndi mağazalarında ciddi ərzaq çatışmazlığının olmadığı aydın görünür.
- Bakıda və bölgələrdə külək güclənəcək - Xəbərdarlıq
- Aeroport şosesində qorxunc qəzanın - Anbaan videosu
- Daşkəsəndə silsilə ağacəkmə aksiyaları keçirildi
- “Araz”dan “Bir kitab, min dünya” təşəbbüsü
- Səfərbərliyin Saatlı şöbəsində əməliyyat: saxlanılanlar var
- Metroda qatarların hərəkəti tam bərpa olundu
- Bakıda evdən 7000 manatlıq qızıl oğurlandı
- Marketdə istehlaka yararsız məhsullar aşkarlandı