İyulun 1-də Tiflisdən Batumiyə, eləcə də ölkənin 4 regionuna və əks istiqamətə gedən qatarların hərəkəti dayanıb.
BUTA.TV xəbər verir ki, buna güclü leysan yağışları nəticəsində baş vermiş torpaq sürüşmələri səbəb olub.
“Gürcüstan Dəmir Yolları” İdarəsindən bildirilib ki, Batumidən İrəvana gedən qatarın da hərəkəti dayanıb. Əsas problem Marelisi və Xaraquli dəmir yolu stansiyaları ərazilərində qeydə alınıb. Güclü leysan yağışları dəmir yolu boyunca elektrik xətlərini də sıradan çıxarıb.
Dəmir yolunda hərəkətin nə zaman bərpa olunacağı məlum deyil.
Hazırda qatarlardakı sərnişinlərin avtobus və digər nəqliyyat vasitələri ilə mənzil başına çatdırılması istiqamətində iş aparılır.
- Xəzərin səviyyəsi 21 metr azala bilər
- Sabahın hava proqnozu açıqlandı
- "Nar" Kitab gününü Salyanda qeyd etdi
- Türkiyə nümayəndə heyəti Qarabağda - Foto
- Prezident onlara müraciət ünvanladı
- TƏBİB məlumat yaydı
- Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
- Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirildi