Kanada da vətəndaşlarına Fransaya səfərlə bağlı xəbərdarlıq edib.
BUTA.TV xəbər verir ki, Kanada hökuməti Fransaya səyahət edərkən çox ehtiyatlı olmalarını tövsiyə edib.
"Nümayişçilərlə polis arasında vandalizm, yandırma və şiddətli toqquşmalar var. Bəzi hallarda təhlükəsizlik qüvvələri kütləni dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edir", - hökumətin xəbərdarlığında bildirilib.
Qeyd edək ki, iyunun 27-də səhər saatlarında polis əməkdaşları Nanterdə yolda yoxlama zamanı 17 yaşlı yeniyetməni güllələyiblər. Bunun ardınca Fransanın bir sıra şəhərində iğtişaşlar başlayıb.
- Marketdə istehlaka yararsız məhsullar aşkarlandı
- İsmayıllıda lotereyadan 100 000 manat uduldu
- Məktəblərdə təhlükəsizlik sərtləşdirilməlidir – Ekspert
- Nazir aparat rəhbəri və müşavir təyin etdi - Foto
- Müavinət və təqaüd alanların nəzərinə!
- Xəzərin səviyyəsi 21 metr azala bilər
- Sabahın hava proqnozu açıqlandı
- "Nar" Kitab gününü Salyanda qeyd etdi