Türkiyə iyulun 1-dən 6 ay müddətinə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi qəbul edib.
BUTA.TV xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.
“Respublikamızın 100 illiyində biz Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatına (QDİƏT) sədrliyi qəbul edirik. Biz bu gün Qara dəniz regionunda daha böyük əhəmiyyət kəsb edən sülh, sabitlik və firavanlığa töhfə verəcək fəal sədrliyə hazırıq”, - Türkiyə XİN-nin tviterdəki rəsmi səhifəsində yerləşdirilən məlumatda deyilir.
Qeyd edək ki, QDİƏT 1992–ci ildə Türkiyənin fəal dəstəyi ilə yaradılıb və təşkilata üzv olan 13 ölkə üçün ən əhatəli regional əməkdaşlıq platformasıdır. QDİƏT-in Daimi Beynəlxalq Katibliyi İstanbul şəhərində yerləşir.
- Marketdə istehlaka yararsız məhsullar aşkarlandı
- İsmayıllıda lotereyadan 100 000 manat uduldu
- Məktəblərdə təhlükəsizlik sərtləşdirilməlidir – Ekspert
- Nazir aparat rəhbəri və müşavir təyin etdi - Foto
- Müavinət və təqaüd alanların nəzərinə!
- Xəzərin səviyyəsi 21 metr azala bilər
- Sabahın hava proqnozu açıqlandı
- "Nar" Kitab gününü Salyanda qeyd etdi