Rusiyanın Avropaya və bütövlükdə Avro-Atlantik regiona qarşı aqressiyasına qapını bağlamağın yeganə yolu Ukraynanı NATO-ya qəbul etməkdir.
BUTA.TV xəbər verir ki, bunu Ukrayna xarici işlər naziri Dmitri Kuleba Almaniya mediasına açıqlamasında deyib.
“Müharibə davam etdiyi müddətdə Ukraynanın NATO-ya qəbul edilməsini gözləmirik. Ancaq müharibə bitəndən sonra Ukraynanı NATO üzvü kimi qəbul etməmək Avropa üçün intihar olardı”, - XİN başçısı bildirib.
Kuleba eyni zamanda xatırladıb ki, 2008-ci ildə Buxarestdə keçirilən NATO Liderlərinin Sammitində Ukraynanın üzvlüyünə qarşı çıxan dövrün kansleri Angela Merkelin etdiyi səhvi, Almaniya yenidən təkrarlamamalıdır:
“Bu addım Rusiya Prezidenti Vladimir Putinin Gürcüstana daxil olması və Krımı ilhaq etmək üçün qapıları açdı”.
Nazir bir daha vurğulayıb ki, Ukraynanın NATO-ya üzvlüyü mütləqdir:
“Bununla Rusiya NATO üzvü Ukraynaya bir daha hücum etməyə cəsarət etməyəcək. Sülh yolu budur”.
- Marketdə istehlaka yararsız məhsullar aşkarlandı
- İsmayıllıda lotereyadan 100 000 manat uduldu
- Məktəblərdə təhlükəsizlik sərtləşdirilməlidir – Ekspert
- Nazir aparat rəhbəri və müşavir təyin etdi - Foto
- Müavinət və təqaüd alanların nəzərinə!
- Xəzərin səviyyəsi 21 metr azala bilər
- Sabahın hava proqnozu açıqlandı
- "Nar" Kitab gününü Salyanda qeyd etdi