Bu gün axşam saat 20:00 radələrində Daşkəsənə yağan intensiv leysan yağışları qısa müddətdə güclü dağıdıcı selə və çaylarda daşqınlara səbəb olub.
BUTA.TV xəbər verir ki, hazırda Daşkəsən şəhərindən, rayonun Qabaqtəpə, Əmirvar, Gurbulaq, Dəstəfur, Alaxançallı, Xoşbulaq, Çovdar, Çanaqçı və Qaraqullar kəndlərindən sel keçir, ərazidəki çaylar məcrasından çıxaraq daşıb.
Rayonun yol infrastrukturuna, elektrik xətlərinə, fərdi yaşayış evlərinə, əkin sahələrinə, heyvandarlıq və arıçılıq təsərrüfatlarına ciddi ziyan dəyib. Dağlardan iri qaya parçaları və palçıq kütlələri avtomobil yollarına töküldüyündən əksər yollarda nəqliyyatın hərəkəti tamamilə dayanıb. Bəzi yaşayış evlərinə su dolub.
Daşkəsən Rayon İcra Hakimiyyətinin rəhbərliyi ərazi mülki müdafiə qüvvələri ilə birlikdə dəyən ziyanın aradan qaldırılması istiqamətində işləri davam etdirir.
- Nazirlikdə saxtakarlıq: Bakıda "imtahan" verir, Gəncədə çıxış edir...
- Rəqsanə İsmayılova barəsində qətimkan tədbiri dəyişdirildi
- Bakıda əməliyyat: Polisə balta ilə hücum etdi...
- Hər gün tıxac olurdu: tamamilə aradan qaldırıldı - Video
- Bakıda 1 kq alça, görün, neçəyə satılır - Şok qiymət
- İçməli və tullantı su təchizatına qoşulma: Tələb olunan sənədlər
- Kür çayı bəndi yardı: ADSEA-dan reaksiya...
- Kür çayı bu rayonda bəndi uçurdu