Türkiyənin Muğla vilayətinin Datça bölgəsində meşə yanğınları baş verib.
BUTA.TV xəbər verir ki, yanğının söndürülməsinə 6 helikopter və 6 təyyarə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.
Yanğın yerli vaxtla saat 18:30 radələrində Datça rayonunun Kargı məhəlləsində naməlum səbəbdən baş verib.
Qeyd edək ki, ötən il Muğla əyaləti meşə yanğınlarından ən çox zərər çəkənlərdən biri olub.
- Hava dəyişir: FHN əhaliyə müraciət etdi
- 1279 əcnəbi Azərbaycanda daimi yaşamaq istəyir...
- "Expressbank" sahibkarlarla görüş keçirdi
- "Yeni Klinika"ya direktor təyin olundu
- Xəzər dənizində zəlzələ oldu
- Goranboyda bıçaqlanma: ata və oğlu saxlanıldı
- Ağstafada məktəbli bıçaqlandı
- Məktəblərdə kütləvi yoxlamalara başlanıldı