Türkiyənin sənaye və texnologiya naziri Mehmet Fatih Kaçır “Arkadağ Ağıllı Şəhər”in açılış mərasimində Türkmənistan Prezidenti Serdar Berdiməhəmmədova 2 ağ rəngli “Togg” elektromobilinin açarlarını təqdim edib.
BUTA.TV Report-a istinadən xəbər verir ki, Berdiməhəmmədov “Togg” avtobobilini sınaqdan keçirib və çox bəyəndiyini bildirib.
Qeyd edək ki, Türkmənistandan əvvəl “Togg” elektromobili Azərbaycan və Qazaxıstan prezidentlərinə təqdim olunub.
“Togg” elektrikli avtomobillərinin silsilə istehsalına 2022-ci ilin oktyabrın 29-da Bursanın Gemlikdəki müəssisəsində başlanılıb. Bu ilin mart ayında avtomobil satışa çıxarılıb.
2023-cü ilin sonuna qədər 20 minə yaxın avtomobil istehsal olunacaq. İstehsalçı 2030-cu ilədək 1 milyon avtomobil tədarük etməyi qarşıya məqsəd qoyub.
- Hava dəyişir: FHN əhaliyə müraciət etdi
- 1279 əcnəbi Azərbaycanda daimi yaşamaq istəyir...
- "Expressbank" sahibkarlarla görüş keçirdi
- "Yeni Klinika"ya direktor təyin olundu
- Xəzər dənizində zəlzələ oldu
- Goranboyda bıçaqlanma: ata və oğlu saxlanıldı
- Ağstafada məktəbli bıçaqlandı
- Məktəblərdə kütləvi yoxlamalara başlanıldı