Azərbaycanın İnsan Hüquqları üzrə Müvvəkili (Ombudsman) Səbinə Əliyeva Fransa hökumətini AzTV əməkdaşlarına hücuma görə təcili tədbirlər görməyə çağırıb.
BUTA.TV xəbər verir ki, o, bu barədəTvitter hesabında yazıb.
"Biz Fransada azərbaycanlı jurnalistlərə qarşı iyrənc hücumu qətiyyətlə pisləyirik. Biz Fransa dövlət orqanlarını cinayətkarları cinayət məsuliyyətinə cəlb etmək üçün təcili tədbirlər görməyə çağırırıq", - Ombudsman qeyd edib.
Qeyd edək ki, AzTV-nin Fransada çəkiliş aparan əməkdaşlarına hücum olub, xəsarət yetirilib, texnikaları əllərindən alınıb. Dövlət televiziyası bununla bağlı bəyanat yayıb. Bəyanatda vurğulanıb ki, AzTV-nin əməkdaşları Fransada çəkiliş apararkən hücuma məruz qalıblar. Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alıblar, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər.
- Hava dəyişir: FHN əhaliyə müraciət etdi
- 1279 əcnəbi Azərbaycanda daimi yaşamaq istəyir...
- "Expressbank" sahibkarlarla görüş keçirdi
- "Yeni Klinika"ya direktor təyin olundu
- Xəzər dənizində zəlzələ oldu
- Goranboyda bıçaqlanma: ata və oğlu saxlanıldı
- Ağstafada məktəbli bıçaqlandı
- Məktəblərdə kütləvi yoxlamalara başlanıldı