Üsyan cəhdindən bir neçə gün əvvəl “Vaqner”in rəhbəri Yevgeni Priqojinə Müdafiə Nazirliyi ilə müqavilə imzalamaq zərurəti barədə məlumat verildi, lakin o bununla razılaşmadı.
BUTA.TV xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Müdafiə Komitəsinin rəhbəri Andrey Kartapolov deyib.
O xatırladıb ki, qiyama cəhddən bir neçə gün əvvəl Müdafiə Nazirliyi döyüş tapşırıqlarını yerinə yetirən bütün birləşmələrin nazirliklə müqavilə imzalamalı olduğunu elan edib:
“Bundan sonra qərarı hamı icra etməyə başladı, cənab Priqojindən başqa hamı...”.
Kartapolov bildirib ki, Priqojinə bu halda “Vaqner” xüsusi hərbi əməliyyatda iştirak etməyəcəyi, yəni, heç bir maliyyə ayrılmayacağı haqda məlumat verilib:
“Bütün bunlardan sonra birincisi pul, ikincisi axmaq və hədsiz ambisiyalar, üçüncüsü həyəcanlı vəziyyət yaratdı. Bunlarsa birlikdə vətənə xəyanət cəhdi və yoldaşlarının aldadılmasıyla nəticələndi”.
- Hava dəyişir: FHN əhaliyə müraciət etdi
- 1279 əcnəbi Azərbaycanda daimi yaşamaq istəyir...
- "Expressbank" sahibkarlarla görüş keçirdi
- "Yeni Klinika"ya direktor təyin olundu
- Xəzər dənizində zəlzələ oldu
- Goranboyda bıçaqlanma: ata və oğlu saxlanıldı
- Ağstafada məktəbli bıçaqlandı
- Məktəblərdə kütləvi yoxlamalara başlanıldı