Bakının “Neftçi” klubu mövsümlərarası fasilədə ilk transferini rəsmiləşdirib.
BUTA.TV kluba istinadla xəbər verir ki, “Neftçi”nin yetirməsi olan Azərbaycan milli komandasının üzvü Emil Balayev ilə ikiillik müqavilə bağlanıb.
İyirmi doqquz yaşlı qapıçı 12 nömrəli formanı geyinəcək.
Qeyd edək ki, sonuncu klubu “Səbail” olan E.Balayev “Neftçi”dən başqa “Sumqayıt”, “Araz Naxçıvan”, “Ayntraxt” (Frankfurt, Almaniya), “Qarabağ”, “Tobol” (Qazaxıstan), “Zirə” və “Turan” klublarında da çıxış edib.
O, Azərbaycan çempionatının və kubokunun qalibi olub, ölkənin ən yaxşı futbolçusu seçilib. Qapıçı milli komandamızın heyətində 15 oyunda meydana çıxıb.
- Hava dəyişir: FHN əhaliyə müraciət etdi
- 1279 əcnəbi Azərbaycanda daimi yaşamaq istəyir...
- "Expressbank" sahibkarlarla görüş keçirdi
- "Yeni Klinika"ya direktor təyin olundu
- Xəzər dənizində zəlzələ oldu
- Goranboyda bıçaqlanma: ata və oğlu saxlanıldı
- Ağstafada məktəbli bıçaqlandı
- Məktəblərdə kütləvi yoxlamalara başlanıldı