Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”də dəyişiklik edilməsi barədə fərman imzalayıb.
BUTA.TV xəbər verir ki, fərmanda qeyd olunur:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 6, maddə 540; 2013, № 12, maddə 1552; 2014, № 1, maddə 14; 2015, № 6, maddə 699; 2016, № 9, maddə 1487, № 10, maddə 1626; 2017, № 12 (I kitab), maddə 2333; 2018, № 7 (I kitab), maddə 1487; 2019, № 6, maddə 1031; 2020, № 2, maddə 97, № 6, maddə 702; 2022, № 7, maddə 742, № 8, maddə 871, № 11, maddə 1268; 2023, № 2, maddə 245, № 3, maddə 368; Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 5 may tarixli 2132 nömrəli Fərmanı) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə”nin 5.5-ci bəndinin birinci cümləsində “iki” sözü “bir” sözü ilə və “dörd” sözü “üç” sözü ilə əvəz edilsin".
- Bu gün Mingəçevirin bu ərazilərində işıq olmayacaq
- Xırdalan şəhərinin bir hissəsində işıq olmayacaq
- Diqqət: Magistral yollarda görmə məhdudlaşacaq
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb
- 30 il əvvəl törədilən qətlin üstü açıldı: saxlanılanlar var
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı