“Vaqner” rəhbəri Yevgeni Priqojin və muzdlularının üsyanı nəticəsində Rusiyada 13-dən 20-dək əsgər həlak olub.
BUTA.TV xəbər verir ki, bu barədə Rusiyanın müxtəlif KİV və Teleqram kanalları məlumat yayıb.
Rusiyanın “Meduza” nəşri çevriliş cəhdi nəticəsində Rusiya Müdafiə Nazirliyinin 15 nəfər itki verdiyini bildirib. Söhbət vaqnerçilər tərəfindən vurulan təyyarə və helikopterlərin göyərtəsində olan Rusiya hərbçilərindən gedir.
Eyni zamanda, onlardan 8-i İl-18 təyyarəsinin göyərtəsində olub.
Bundan əlavə, “Rıbar” kanalı faktiki olaraq 20-dən çox rus pilotun öldüyünü bildirir.
Bu arada 3 təyyarənin vurulması ilə bağlı məlumat verən “Fighterbomber” resursu 13 hərbçinin öldüyünü iddia edib.
- Bu gün Mingəçevirin bu ərazilərində işıq olmayacaq
- Xırdalan şəhərinin bir hissəsində işıq olmayacaq
- Diqqət: Magistral yollarda görmə məhdudlaşacaq
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb
- 30 il əvvəl törədilən qətlin üstü açıldı: saxlanılanlar var
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı