Rusiyanın Azadlığı Legionu ilə birgə Belqoroda hücum etmiş Rusiya Könüllüləri Korpusunun komandiri Denis Nikitin “Vaqner” rəhbəri Priqojinin qiyamı ilə bağlı video-müraciətlər yaymaqdadır.
BUTA.TV xəbər verir ki, o, Rusiyanın paytaxtı Moskvada şəhər döyüşünün hələ başlamadığını bildirib.
O deyib ki, buna baxmayaraq, xəbərləri izləyirik və vaxtın çatdığını başa düşürük:
“Əgər siz özünüzün və ölkənizin taleyinə sahib olmaq istəyirsinizsə, sizin vaxtınız gəldi. Hələlik Putin rejimi yıxılmayıb, FSB, Rosqvardiya onu müdafiə edirlər”.
O, insanları “Molotov kokteyli” hazırlamağa da çağırıb və növbəti müraciətini gözləməyi xahiş edib.
İkinci müraciətində isə Nikitin “Məşhur “qayığın” heç vaxt olmadığı kimi yelləndiyini” vurğulayıb:
“Bir çox siçovul artıq dənizə düşüb, amma hamısı deyil! Fəal müqavimət vaxtı gəlir, amma unutmayın ki, Rusiya Federasiyasının repressiv aparatı həddən artıq yüklənsə də, hələ də işləyir! Onun qurbanı olmayın, hər birinizə ehtiyacınız var!”.
- Bu gün Mingəçevirin bu ərazilərində işıq olmayacaq
- Xırdalan şəhərinin bir hissəsində işıq olmayacaq
- Diqqət: Magistral yollarda görmə məhdudlaşacaq
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb
- 30 il əvvəl törədilən qətlin üstü açıldı: saxlanılanlar var
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı