Son günlər Gədəbəy rayonunun Söyüdlü kənd sakinlərinin etirazları fonunda ərazidə yerləşən yatağı hansı şirkətin istismar etdiyi gündəmə gəlib.
BUTA.TV xəbər verir ki, Gədəbəy yatağı dəniz səviyyəsindən orta hesabla 1500 metr yüksəklikdə Misdağ dağı ətrafında yerləşən qızıl-mis yatağıdır.
Yataqda mədənçiliyin tarixi 2000 il əvvələ gedib çıxır. Daha sonrakı mərhələdə - 1849-cu ildə "Mextor Qardaşları", onun ardınca "Alman Simesn Qardaşları" tərəfindən başladılmışdır. 1917-ci ildə Rusiya inqilabı ilə mədəndəki fəaliyyət dayanmışdır.
Yataqda açıq üsulla mədən fəaliyətinə 2008-ci ildə "Anglo Asian Mining"in törəmə müəssisəsi Azərbaycan Beynəlxalq Mədən Əməliyyat Şirkəti (ing. Azerbaijan International Mining Company - AIMC) tərəfindən bərpa olunub. Filizlərdən qızıl, mis, sink əldə edilməsi məqsədi ilə "heap leach" tipli zavod qurulub. İlk qızıl istehsalı isə 2009-cu ilin may ayında əldə edilib.
“Anglo Asian Mining” şirkəti Azərbaycanın 6 qızıl yatağının işlənməsi layihəsinin operatorudur. Şirkətin əsas payçısı iranlı Rza Vəziriyə məxsus “R.V.İnvestment Group Services, LL USA” şirkətidir. “R.V.İnvestment Group Services LL USA” şirkəti “Gədəbəy” yatağında qızıl hasilatı üzrə layihədə 51% paya sahibdir.
5 il əvvəl Gədəbəy yatağında təqribən 22 ton qızıl, 192 ton gümüş, 37 min ton mis ehtiyatının olduğu güman edilirdi.
- Bu gün Mingəçevirin bu ərazilərində işıq olmayacaq
- Xırdalan şəhərinin bir hissəsində işıq olmayacaq
- Diqqət: Magistral yollarda görmə məhdudlaşacaq
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb
- 30 il əvvəl törədilən qətlin üstü açıldı: saxlanılanlar var
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı