Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) FHN-in tibb heyətinin Türkiyədə zəlzələ zonasındakı fəaliyyətini yüksək qiymətləndirib.
Bu barədə BUTA.TV-a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, FHN Tibb Xidmətinin Tibb Mərkəzinin rəis müavini baş leytenant Davud Soltanov və həkim nevropatoloqu tibb xidməti mayoru Lamiyə Köçərli iyunun 15-16-da Türkiyənin İstanbul şəhərində Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Türkiyə Səhiyyə Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən fevralın 6-da qardaş ölkədə baş vermiş ağır zəlzələnin fəsadlarının aradan qaldırılmasında iştirak etmiş təcili tibbi yardım qruplarının fəaliyyətinə həsr olunmuş dünya ölkələrinin təcili tibbi yardım qruplarının beynəlxalq seminarında iştirak ediblər.
ABŞ, Almaniya, Yaponiya, Kuba, Malaziya, Qazaxıstan və digər ölkələrin də nümayəndələrinin iştirak etdiyi seminarda zəlzələ zonasında təcili tibbi yardım qruplarının fəaliyyəti, təminatı, göstərdikləri tibbi xidmətin həcmi, Türkiyə Səhiyyə Nazirliyi ilə koordinasiyası və digər məsələlər müzakirə olunub, uğurlu məqamlar və çatışmazlıqlar qeyd olunaraq qarşılıqlı fəaliyyətin əhəmiyyəti vurğulanıb.
Seminarda Fövqəladə Hallar Nazirliyinin tibb heyətinin və Kahramanmaraş şəhərində qurulmuş iki mobil səhra hospitalının fəaliyyəti yüksək qiymətləndirilərək Ümumdünya Səhiyyə Təşkilatı və Türkiyə Səhiyyə Nazirliyi tərəfindən təşəkkür elan edilib.
Tədbirin sonunda FHN-in əməkdaşlarına xatirə plaketi təqdim edilib.
- Bu gün Mingəçevirin bu ərazilərində işıq olmayacaq
- Xırdalan şəhərinin bir hissəsində işıq olmayacaq
- Diqqət: Magistral yollarda görmə məhdudlaşacaq
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb
- 30 il əvvəl törədilən qətlin üstü açıldı: saxlanılanlar var
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı