İranla Amerika arasında aparılan gizli danışıqlarda Vaşinqton Tehran qarşısında 3 şərt qoyub.
BUTA.TV xəbər verir ki, bu barədə “Vaşinqton Post” qəzeti məlumat yayıb.
Məlumata görə, ABŞ-ın İran qarşısında irəli sürdüyü şərtlər bunlardır:
- İran atom silahı əldə etmək məqsədilə nüvə proqramının inkişafını məhdudlaşdırsın;
- Tehrana bağlı proksi qüvvələrin Suriyada yerləşən ABŞ ordusuna hücumları dayandırılsın;
- İranda saxlanılan 3 amerikalı məhbus sərbəst buraxılsın.
“Vaşinqton Post” adı açıqlanmayan Amerika, Avropa və Yaxın Şərq rəsmilərinə istinadən vurğulayır ki, bir neçə ay əvvəl başlayan hazırkı danışıqlar artıq nüvə razılaşması danışıqlarını bərpa etmək məqsədi daşımır.
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb
- 30 il əvvəl törədilən qətlin üstü açıldı: saxlanılanlar var
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı
- Güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Metrodakı texniki insidentə görə avtobusların sayı artırıldı
- Anar Bayramov onları da işdən çıxardı