İyunun 20-də saat 16:00 radələrində Daşkəsən rayonu ərazisinə yağan güclü leysan yağışları Daşkəsən şəhərində istinad divarlarına, yol infrastrukturuna, rayonun Bayan, Çanaqçı, Quşçu, Aşağı Daşkəsən, Alaxançallı və Qaraqullar kəndlərində körpülərə və yollara, əkin sahələrinə ciddi ziyan vurub, bir sıra fəsadlar törədib.
BUTA.TV xəbər verir ki, dağlardan iri qaya parçaları və palçıq kütləsi avtomobil yollarına töküldüyündən bəzi yollarda nəqliyyatın hərəkəti dayanıb.
Sel suları Daşkəsən şəhərində bir fərdi yaşayış evini tam qəzalı vəziyyətə salıb. Qəzalı vəziyyətə düşən evin sakinləri müvəqqəti köçürülüb.
Qaraqullar kəndinin bir sakinini isə ildırım vurub və o, xəstəxanaya yerləşdirilib.
Dəymiş ziyanın Daşkəsən Rayon İcra Hakimiyyəti tərəfindən aidiyyəti yerli qurumlarla birgə aradan qaldırılması işləri davam etdirilir.
- Bakının bu yollarında təmir işləri həyata keçiriləcək
- Bu rayonun təhsil sektor müdiri işdən çıxarıldı - Səbəb
- 30 il əvvəl törədilən qətlin üstü açıldı: saxlanılanlar var
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı
- Güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Metrodakı texniki insidentə görə avtobusların sayı artırıldı
- Anar Bayramov onları da işdən çıxardı