Şirvan Şəhər Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən keçirilən tədbirlər zamanı narkotik vasitənin təsiri altında nəqliyyat vasitəsi idarə edən sürücü saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan BUTA.TV-a averilən məlumata görə, yol patrul xidmətinin əməkdaşları tərəfindən rayon ərazisində hərəkətdə olan "VAZ" markalı avtomobilin sürücüsünə yol hərəkəti qaydalarını pozduğu üçün "Saxla" işarəsi verilib. Nəqliyyat vasitəsi saxlanıldıqdan sonra sürücü, şəhər sakini Anar Qambayevin narkotik vasitə və psixotrop maddə qəbul etməsinə dair şübhələr yarandığından onun müvafiq tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən A.Qambayevin marixuana istifadə etdiyi məlum olub.
Həmin şəxs barəsində qanunvericiliyə uyğun olaraq protokol tərtib edilib və hüquqi qiymət verilməsi üçün Şirvan Şəhər Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə A.Qambayev 16 sutka inzibati qaydada həbs olunub.
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı
- Güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Metrodakı texniki insidentə görə avtobusların sayı artırıldı
- Anar Bayramov onları da işdən çıxardı
- Anar Əliyev İndoneziya səfiri ilə görüşdü
- Biləcəridə 2 otaq studiya mənzillər satışa çıxdı - “Kristal”
- Yalnız onlar maliyyə icarəsi xidməti göstərə biləcək