Xəbər verdiyimiz kimi, “Medera Hospital”da klinikanın işçisi Aygün Abbasova əməliyyatdan sonra dünyasını dəyişib.
BUTA.TV xəbər verir ki, faktla bağlı araşdırmanın aparılıb-aparılmadığı ilə bağlı Baş Prokurorluğa 7 iyun 2023-cü ildə saytımız tərəfindən sorğu verilib. Daha sonra isə sorğu iki dəfə yenilənib.
Baş Prokurorluğun mətbuat xidməti aradan 13 gün keçməsinə baxmayaraq, sorğuya heç bir cavab verməyib.
Qeyd edək ki, “Media haqqında” Qanunun 17.3-cü maddəsinə əsasən, “İnformasiya əldə edilməsi barədə yazılı sorğuya “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununda müəyyənləşdirilmiş qaydada və müddətdə baxılır. Həmin Qanunda göstərilən müddətdə həmin informasiya öz operativliyini itirərsə, sorğuya dərhal, bu mümkün olmadıqda isə 24 (iyirmi dörd) saatdan gec olmayaraq cavab verilməlidir”.
Xatırladaq ki, Aygün Abbasovanı əməliyyat edən həkim Günel Bayramlıdır.
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı
- Güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Metrodakı texniki insidentə görə avtobusların sayı artırıldı
- Anar Bayramov onları da işdən çıxardı
- Anar Əliyev İndoneziya səfiri ilə görüşdü
- Biləcəridə 2 otaq studiya mənzillər satışa çıxdı - “Kristal”
- Yalnız onlar maliyyə icarəsi xidməti göstərə biləcək