Ermənistan Həkəri çayının üzərindəki insidentlə bağlı Rusiyanın reaksiyasını gözləyir.
BUTA.TV xəbər verir ki, bu sözləri Ermənistan XİN başçısının müavini Vaan Kostanyan “Laçın” postunda Azərbaycan bayrağı qaldırılarkən, azərbaycanlı sərhədçilərlə birgə, rus sülhməramlılarının da ermənilər tərəfindən atəşə tutulması ilə bağlı qeyd edib.
“İnsident araşdırılır. Ermənistan XİN öz mövqeyini və narahatlığını açıqlayıb. Rəsmi reaksiya gözləyirik”, - o bildirib.
Xatırladaq ki, 15 iyunda – Qurtuluş Günündə Azərbaycan DSX-nin hərbçiləri “Laçın” postunda Bayrağımızı qaldırarkən Ermənistan hərbi birlikləri atəş açıb və bir hərbçimiz yaralanıb. İnsidenti araşdırmaq üçün hadisə yerinə gələn rus sülhməramlıları Azərbaycan bayrağının postun bir neçə metrliyində qaldırılmasının ərazi baxımından qanunauyğun olduğunu təsdiqləyib və bayrağımızın qaldırılması mərasimini müşayiət edib. Bu zaman ermənilər rus sülhməramlılarına da atəş açıb.
Ermənistan isə həyasızcasına guya Bayrağımızın qaldırıldığı yerin öz ərazisinə düşdüyünü iddia edərək, sərhədçilərimizin və rus sülhməramlıların atəşə tutulmasına haqq qazandırmağa çalışır.
- Cəbrayıldakı yarmarkada 100-ə yaxın vakansiya təqdim edilib
- Azərbaycanlı gəncin qətli ilə bağlı 11 nəfər saxlanıldı
- Güclü külək əsəcək - Sarı xəbərdarlıq
- Metrodakı texniki insidentə görə avtobusların sayı artırıldı
- Anar Bayramov onları da işdən çıxardı
- Anar Əliyev İndoneziya səfiri ilə görüşdü
- Biləcəridə 2 otaq studiya mənzillər satışa çıxdı - “Kristal”
- Yalnız onlar maliyyə icarəsi xidməti göstərə biləcək