Rusiyalı aparıcı Olqa Skabeyeva etdiyi paylaşımla qalmaqal yaradıb.
BUTA.TV xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Məlumata görə, bahar fəsli ilə bağlı paylaşım edən Skabeyeva sarı və mavi süsənlərin fotoşəkillərini yerləşdirib. Ukrayna bayrağının rənglərini xatırladan foto birmənalı qarşılanmayıb. Skabeyeva müvafiq yazını Teleqram kanalından dərhal silib.
Onun paylaşımı ilə bağlı şərh yazanlar bunu “Skabeyevanın rəhbərinin üzünə şillə vurması” kimi qiymətləndirib.
Şəbəkə istifadəçiləri qeyd ediblər ki, “Z-təbliğatçısı” "yanlış" rənglərə görə rus ordusunu gözdən salmaqda ittiham olunacağından qorxub.
- Yalnız onlar maliyyə icarəsi xidməti göstərə biləcək
- Azərbaycanın 5 vətəndaşı Suriyadan repatriasiya olundu
- Azərbaycanda bu yol 8 gün bağlı olacaq
- Metroda interval azaldıldı
- Yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- Uyğun şərait yarananda ABŞ-la danışıqlara gedəcəyik
- Latviya prezidenti Ağ Şəhərdə - Foto
- Sabunçu Tibb Mərkəzinin direktoru da işdən çıxarıldı