Şarl Mişelin Azərbaycan Prezidenti və Ermənistan Baş naziri ilə danışıqlarından sonra yaydığı bəyanatlarından da görünür ki, bu görüşlərdə nəqliyyat kommunikasiyalarının blokdan çıxarılması məsələləri müzakirə olunur.
BUTA.TV xəbər verir ki, bunu Rusiya baş nazirinin müavini Aleksey Overçuk TASS-a müsahibəsində deyib.
“Eyni zamanda, bu məsələdə tərəflərin əldə etdiyi irəliləyiş qeyd olunur. Bildiyiniz kimi, bu irəliləyiş Rusiyanın iştirakı ilə üçtərəfli platformada əldə olunub, baxmayaraq ki, avropalılar bunu qeyd etməyəcək. Danışıqlar üzrə tərəfdaşlarımız razılaşırlar ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 10 noyabr 2020-ci il tarixli bəyanatına uyğun olaraq yaradılmış platforma ən böyük tərəqqinin əldə olunduğu yerdir. Bunu həm azərbaycanlılar, həm də ermənilər deyir. Həqiqətən də belədir. Baş nazir müavinlərinin üçtərəfli işçi qrupu formatından uzaqlaşmasının hamı üçün aşkar mənfi təsirləri olacaq”, - Overçuk bildirib.
- Yalnız onlar maliyyə icarəsi xidməti göstərə biləcək
- Azərbaycanın 5 vətəndaşı Suriyadan repatriasiya olundu
- Azərbaycanda bu yol 8 gün bağlı olacaq
- Metroda interval azaldıldı
- Yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- Uyğun şərait yarananda ABŞ-la danışıqlara gedəcəyik
- Latviya prezidenti Ağ Şəhərdə - Foto
- Sabunçu Tibb Mərkəzinin direktoru da işdən çıxarıldı