Daha bir neçə ailə Laçın şəhərinə yola salınıb.
BUTA.TV əbər verir ki, bu gün daha 48 nəfərdən ibarət 15 ailə doğma yurduna geri dönür.
Qeyd edək ki, köç Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşüb.
Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.
Xatırladaq ki, daha əvvəl Laçın şəhərinə 42 ailə (169 nəfər) köçürülüb.
- Yalnız onlar maliyyə icarəsi xidməti göstərə biləcək
- Azərbaycanın 5 vətəndaşı Suriyadan repatriasiya olundu
- Azərbaycanda bu yol 8 gün bağlı olacaq
- Metroda interval azaldıldı
- Yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- Uyğun şərait yarananda ABŞ-la danışıqlara gedəcəyik
- Latviya prezidenti Ağ Şəhərdə - Foto
- Sabunçu Tibb Mərkəzinin direktoru da işdən çıxarıldı