Böyük Britaniyanın təhlükəsizlik üzrə daxili işlər naziri Tom Tugendhatın Tayvanın rəqəmsal naziri Odri Tan ilə görüşü London tərəfindən beynəlxalq münasibətlər normasının pozulmasıdır.
BUTA.TV xəbər verir ki, bu barədə Çinin Böyük Britaniyadakı səfirliyi məlumat yayıb.
“Britaniya Tayvan bölgəsindən olan müəyyən şəxsin Böyük Britaniyaya səfər etməsinə icazə verib və müvafiq məmurun həmin şəxslə görüşməsini təşkil edib. Bu hərəkət “Vahid Çin” prinsipinin və beynəlxalq münasibətlərin əsas normalarının ciddi şəkildə pozulmasıdır”, - məlumatda bildirilir.
Çin səfirliyi Londonu bu kimi təmasları dayandırmağa çağırıb, əks halda Pekin müəyyən tədbirlər görəcək.
- Yalnız onlar maliyyə icarəsi xidməti göstərə biləcək
- Azərbaycanın 5 vətəndaşı Suriyadan repatriasiya olundu
- Azərbaycanda bu yol 8 gün bağlı olacaq
- Metroda interval azaldıldı
- Yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- Uyğun şərait yarananda ABŞ-la danışıqlara gedəcəyik
- Latviya prezidenti Ağ Şəhərdə - Foto
- Sabunçu Tibb Mərkəzinin direktoru da işdən çıxarıldı