İranla yeni razılaşma Tehranın nüvə silahı əldə etməsinə mane olmayacaq.
BUTA.TV xəbər verir ki, bunu İsrailin Baş nazir Benyamin Netanyahu deyib.
"Bizim birinci vəzifəmiz İranın nüvə silahı əldə etməsinə mane olmaqdır. Biz amerikalı dostlarımıza dəfələrlə açıq şəkildə bildirdik və mən bunu təkrar deyirəm: biz razılaşmaya qarşıyıq.
Hər şeydən əvvəl BHFP (Birgə Hərtərəfli Fəaliyyət Planı) adlı ilkin razılaşmaya qarşıyıq. Bu, sadəcə olaraq İranın silahlanmasına və onu yüz milyonlarla dollarla təmin etməsinə yol açacaq. İsrail İranın təcavüzündən qorunmaq üçün lazım olan hər şeyi edəcək, istər nüvə faylı olsun, istərsə də onun terrorçu marionetləri",- o bildirib.
- Yalnız onlar maliyyə icarəsi xidməti göstərə biləcək
- Azərbaycanın 5 vətəndaşı Suriyadan repatriasiya olundu
- Azərbaycanda bu yol 8 gün bağlı olacaq
- Metroda interval azaldıldı
- Yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- Uyğun şərait yarananda ABŞ-la danışıqlara gedəcəyik
- Latviya prezidenti Ağ Şəhərdə - Foto
- Sabunçu Tibb Mərkəzinin direktoru da işdən çıxarıldı