Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin iyunun 18-nə olan məlumatına əsasən Gədəbəy, Daşkəsən, Tovuz, Gəncə, Göygöl, Naftalan, Yevlax, Qusar, Quba, Goranboyda şimşək çaxıb, arabir leysan xarakterli yağış yağıb.
Xidmətdən BUTA.TV-a verilən məlumata görə, saat 15:13-də Goranboy rayonu Böylü qəsəbəsindən sel keçib. Saat 15:10-da Ağdam rayonu Çəmənli və Sarıcalı kəndlərinin ərazisinə diametri 30-35 millimetr olan dolu düşüb.
Qərb küləyi əsib, Goranboyda sürəti 25, Gəncədə 24, Daşkəsəndə 23, İsmayıllıda 22, Göyçayda 20, Şəmkirdə 18, Göygöldə 16 metrədək güclənib.
- Yalnız onlar maliyyə icarəsi xidməti göstərə biləcək
- Azərbaycanın 5 vətəndaşı Suriyadan repatriasiya olundu
- Azərbaycanda bu yol 8 gün bağlı olacaq
- Metroda interval azaldıldı
- Yağış yağacaq, dolu düşəcək – Xəbərdarlıq
- Uyğun şərait yarananda ABŞ-la danışıqlara gedəcəyik
- Latviya prezidenti Ağ Şəhərdə - Foto
- Sabunçu Tibb Mərkəzinin direktoru da işdən çıxarıldı