İran hökuməti və bir sıra din mərkəzlərinin təşəbbüsü ilə müxtəlif şəhərlərdə Həcc ziyarətinin simulasiyası həyata keçirilir.
BUTA.TV xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Mərasimlərdə Məkkədə yerləşən Kəbənin kartondan düzəldilmiş maketi ətrafında dini ayinlər icra edilir.
Qeyd edək ki, İran hakimiyyəti 7 il öncə Səudiyyə Ərəbistanı ilə siyasi gərginlikdən sonra Həcc mərasiminə xərclənən vəsaitin ölkədə saxlanılması və başqa sahələrə xərclənməsi barədə geniş təbliğat kampaniyaları aparmağa başlayıb. Həmin dövrdən müxtəlif şəhərlərdə həcc ziyarəti simulasiyası edilir, səyyar Kəbə müqəvvaları bölgələrdə gəzdirilir. Son həftələr iki ölkə arasında münasibətlərin yumşalması ilə bağlı razılıqdan sonra İranın müqəvva kəbələrinin yığışdırılacağı ehtimal edilirdi.
- Latviya prezidenti Ağ Şəhərdə - Foto
- Sabunçu Tibb Mərkəzinin direktoru da işdən çıxarıldı
- Latviya prezidentinin şərəfinə rəsmi lanç verildi
- Mirələm Cəlalov vəzifəsindən azad edildi
- Metro yenidən bağlanıb? - Rəsmi
- Vüsal Aslanov xəsarət alan sərnişinləri ziyarət etdi
- Xəzər dənizində zəlzələ oldu
- Kürdə suyun səviyyəsi artır: Proses nə vaxta kimi davam edəcək?