Karantin rejiminin ləğv edilməsi Nazirlər Kabinetinin qərarından asılıdır.
BUTA.TV xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) sədri Vüqar Qurbanov jurnalistlərə açıqlamasında bildirib.
"Nazirlər Kabineti qərar qəbul etdikdə ölkəmizdə də karantin rejimi olmayacaq. Hazırda koronavirusa yoluxan xəstə sayı az olsa da, yoluxma halları davam edir",- deyə V.Qurbanov bildirib.
Qeyd edək ki, TƏBİB tərəfindən Dünyadakı Azərbaycanlı Təbiblərin I Simpoziumu keçirilir.
Xatırladaq ki, sonuncu dəfə Baş nazir Əli Əsədovun imzaladığı qərarla Azərbaycan Respublikasının ərazisində xüsusi karantin rejiminin müddəti 2023-cü il 1 iyul saat 06:00-dək uzadılıb.
- Latviya prezidenti Ağ Şəhərdə - Foto
- “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” uğurla başa çatdı
- Sabunçu Tibb Mərkəzinin direktoru da işdən çıxarıldı
- Latviya prezidentinin şərəfinə rəsmi lanç verildi
- Mirələm Cəlalov vəzifəsindən azad edildi
- Metro yenidən bağlanıb? - Rəsmi
- Vüsal Aslanov xəsarət alan sərnişinləri ziyarət etdi
- Xəzər dənizində zəlzələ oldu