Türkiyədə əsrin fəlakəti sayılan 6 fevral zəlzələlərindən sonra İlham qardaşımın (Azərbaycan Prezidenti-red.) bütün proseslərdə bir an belə əsirgəmədiyi mənəvi dəstəyi ürəyimizin başındadır.
BUTA.TV xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Kabinetinin 8 saat davam edən iclasından sonrakı açıqlamada bildirib.
"Azərbaycan ziyarətimizə dövlətimizin öhdəliklərindən kənarda bir təşəkkür borcunun ifadəsi olaraq da baxırıq. İlham Əliyev qardaşımla etdiyimiz söhbətlərdə ikitərəfli əlaqələri hər sahədə inkişaf etdirəcək bir çox önəmli qərarlar verdik. Ticarət həcmimizi 15 milyard dollara çıxarmağı ortaq hədəf olaraq müəyyən etdik. İki lider olaraq, xüsusilə, Türkiyə-Azərbaycan Universitetinin qurulmasına böyük önəm veririk", - Türkiyə Prezidenti qeyd edib.
- “Araz” supermarketlər şəbəkəsi ağacəkmə aksiyası keçirib
- Həyətdə oynayan azyaşlı faciəvi şəkildə öldü
- Şagir sinif yoldaşını yandırdı: cinayət işi açıldı
- Temperatur 25 dərəcəyə yüksələcək
- TƏBİB müşavirləri 15 min manat maaş alıb?
- Könül Ələkbərov vəzifəsindən azad edildi
- Dünənki hadisəyə görə Vüsal Aslanov onları cəzalandırdı
- Bu il Qarabağ və Şərqi Zəngəzura nə qədər vəsait qoyulub?