Türkiyədə “ATA İttifaqı”ndan prezidentliyə keçmiş namizəd Sinan Oğanın Prezident Rəcəb Tayyib Ərdoğanla birlikdə Bakıya gəlməsi maraq doğurub.
BUTA.TV xəbər verir ki, mövzu barədə Globalinfo.az-a danışan siyasi şərhçi Asif Nərimanlı deyib ki, Sinan Oğan seçkidə Ərdoğanı dəstəklədi, lakin iddia edilən kimi bunu hansısa postu tutmaq üçün etmədiyi seçkidən sonra üzə çıxdı:
“Fikrimcə, Sinan Oğana yeni missiya həvalə edilə bilər. Azərbaycan səfərində onun Türkiyə nümayəndə heyətinin tərkibində yer alması bu ehtimalı artırır. Oğanın əsas ideyalarından biri Turançılıqdır. Yəni türk dünyasının dərin inteqrasiyasının həyata keçirilməsi. Bu prosesdə lokomotiv rolunu Bakı və Ankara oynayır. Bəllidir ki, seçkidən sonra iki ölkə Türk Dövlətləri Təşkilatını daha da gücləndirmək istiqamətində işləyəcəklər.
Bakıda liderlərin bu məsələni müzakirə etdiyi istisna deyil və mümkündür ki, Sinan Oğana həvalə ediləcək missiya da türk dünyası ilə bağlı olsun. Oğan həm bu coğrafiyanı yaxşı tanıyır, həm əlaqələri var, həm də ideoloji olaraq bu missiyaya yaxındır. Lakin bunun hansı formada olacağını demək çətindir: yeni bir koordinasiya mərkəzi də qurula bilər, yaxud TDT-nin yeni “yol xəritəsi”nin hazırlanması, həyata keçirilməsi missiyası verilə bilər və s.
Bütün hallarda Sinan Oğanın Ərdoğanın nümayəndə heyətinin tərkibində yer almasının seçkidəki mövqeyindən daha çox, gələcəkdə atılacaq addımlarla bağlı olduğu fikrindəyəm”.
- Barat Yusubov vəzifəsindən azad edildiyini təsdiqlədi
- Barat Yusubov işdən çıxarılır: həbs edilir – Milyonlar necə yeyilib?
- Onların əmlaklarının sığortasında nöqsanlar aşkarlandı
- Heydərov onu Xankəndiyə rəis təyin etdi
- Azər Məmmədov özünə yeni müavin təyin etdi - Foto
- Bitkiçilik sahəsində subsidiyada uyğunsuzluq: cinayət işi başlandı
- Xüsusi statusla mənzillə təminat yalnız 1 dəfə mümkündür
- Dövlət Gömrük Komitəsində ciddi nöqsanlar aşkarlandı