Bir neçə gün öncə İsveçin paytaxtı Stokholm şəhərinin Upplands-Bru adlanan hissəsində Azərbaycan vətəndaşı 35 yaşlı Məhəmməd Xankişiyevin qətlə yetirilməsi haqda məlumat yayıldı. Onun yanlışlıq nəticəsində qətlə yetirildiyi bildirilib.
BUTA.TV xəbər verir ki, İsveçdə yaşayan azərbaycanlı fəal Kənan Rüstəmov Globalinfo.az-a açıqlamasında M.Xankişiyevin yanlışlıqla qətlə yetirildiyini təsdiq edib.
O, mərhumun nəşinin morqda olduğunu bildirib:
“İsveç polisinin verdiyi məlumata əsasən deyə bilərəm ki, hadisə iki qruplaşma (mafiya) arasında yaranan atışma nəticəsində baş verib. Belə ki, güllə yanlışlıqla Məhəmməd Xankişiyevə dəyib. Dünyasını dəyişən azərbaycanlının hər hansı bir qruplaşmaya aidiyyəti olmayıb. Sadəcə, adam yanlış saatda, yanlış ərazidən keçib”.
K.Rüstəmov mərhumun nəşinin Azərbaycana gətirilməsi məsələsinə də toxunub:
“İsveç qanunlarına görə, ölüm hadisəsi baş verən zaman mərhumun cənazəsi 10-14 gün morqda saxlanılır. Bundan sonra isə ailə istəsə öz ölkəsinə aparır, aparmasalar, elə İsveçdə dəfn olunur”.
- Dövlət Gömrük Komitəsində ciddi nöqsanlar aşkarlandı
- Məktəbə hücum edən tələbənin anası həbs edildi
- Pərvin Quliyevaya yüksək vəzifə verildi
- Prokurorluq Gəncə İH-də araşdırma aparır
- Dəhşətli qəzada ölən qadın müəllim imiş - Foto
- Azərbaycanda bu ailələrə "uşaqpulu" verilir
- Latviya prezidenti Heydər Əliyevin məzarını ziyarət etdi
- Metroda qatarların hərəkətində ləngimələr oldu - Foto